Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakıda mənzildən oğurluq edən şəxslər yaxalanıb. Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb. APA TV-nin xəbərinə görə, payon Polis İdarəsinə müraciət edən Oqtay Əsədov ona məxsus mənzildən 23 800 manat nağd pulun və 5300 manatlıq qızıl-zinət əşyalarının  oğurlandığını bildirib. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməyilyyat-axtarış tədbirləri nəticəsində hadisəni töərətməkdə şübhəli bilinən Hacıqabul şəhər sakini, 26 yaşlı Asif  Novruzov  və Xırdalan şəhəri sakini, 19 yaşlı Coşqun Mirzəyev saxlanaraq istintaqa təhvil verilib. Araşdırma zamanı saxlanılan şəxslər oğurluq faktını törətdiklərini etiraf etsələr də, barələrində polisə edilən şikayətlə razılaşmadıqlarını bildiriblər: "Guya 23 min manat pul olub, 50 minlik qızıl olub. Yalan söhbətlərdir, heç biri dogru deyil. 3-4 dənə üzük, qolbağı, boyunbağı olub. Onları da satmışam, 1600 mant pul eləyib. 20 neçə min  pul aparan oğlan ertəsi gün qır-qızıl satır? 20 neçə min aparsaydım, Azərbaycanda nə işim vardı?"

 

Faktla bağlı araşdırma davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv