Bakının mərkəzində "Volkswagen"lə "BMW" toqquşub

Bakının Səbail rayonunda, Rəşid Behbudov və Zərifə Əliyeva küçələrinin kəsişməsindəki işıqforun işləməməsi yol-nəqliyyat hadisəsinə səbəb olub. APA TV-nin xəbərinə görə, Zərifə Əliyeva küçəsi ilə hərəkət edən "Volkswagen" markalı avtomobil Rəşid Behbudov küçəsi ilə hərəkətdə olan "BMW" markalı maşınla toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Zərbənin gücündən "Volkswagen" yoldan çıxaraq səkiyə düşüb.

 

Qəzadan sonra hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisİ İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılıb, sürücülərin izahatları alınıb. Hadisə yerində olan polis əməkdaşları da qəzanın işıqforun işləməməsi səbəbindən baş verdiyini təsdiqləyiblər. Aparılacaq araşdırmalardan sonra isə hadisəyə hüquqi qiymət veriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv