Avtomobillə vurulan 45 yaşlı piyada ölüb

Xaçmaz şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi  baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində qeydə alınıb. Xaçmaz şəhər sakini, 55 yaşlı Nəsrəddin Səmədov idarə etdiyi  “QAZ 31” markalı avtomobil piyada Xaçmaz rayonu, Nərəcan kənd sakini 45 yaşlı Gülqadaş Cavadovu vurub. Piyada aldığı  xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan