Bakıda müğənni kafenin müştərisini bıçaqladı

Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi başverib. Z.Bünyadov prospektində yerləşən kafedə mügənni  Elçin Məmmədov müştərini bıçaqlayıb. Hadisə  gecə saat  2 radələrində  qeydə alınıb.  Kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə atmaca atıb: "Bunlar gələndə mən oxuyurdum. Söyüş söydülər, fikir vermədim".

 

Təqsirləndirilən şəxs onların kafedən getməsini gözlədiyini, amma müştərilərin danışmaq üçün müğənnin çölə çağırdıqlarını deyib. Bildirdiyinə görə, həmin şəxslər kafedən kənarda da onu söyüb, təhqir ediblər. Bundan qəzəblənən Elçin Məmmədov  Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb: "Dedim düş aşağı, düşən kimi 2 zərbə endirdim".

 

APA TV-nin xəbərinə görə, yaralını dostları xəstəxanaya çatdırıblar.

 

Faktla bağlı CM -nin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. 

Müəllif | Apa.Tv