Qubada "Prado"aşıb, 4 nəfər yaralanıb
Qubada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya sərhədi yolunun 163-cü km-də, Nərimanabad kəndi ərazisində qeydə alınıb. Bakıdan Quba istiqamətində hərəkətdə olan 56 yaşlı Kamilov Absal Əkrəm oğlunun idarə etdiyi "Toyota-Prado" markalı avtomobil idarəetmədən çıxaraq öncə yolun kənarında dayanan Ramiz İbrahimova məxsus "VAZ-2106" markalı avtomobilə, daha sonra isə ağaca çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər 51 yaşlı Mahirə Kamilova, 47 yaşlı Svetlana Əsgərova və 12 yaşlı Şəfa Şıxəliyeva müxtəlif bədən xəsarətləri alıb. Onlar Quba MRX-nın cərrahiyə şöbəsinə yerləşdirilib. Tibb müəssisəsinin həkimi Həsən Hüseynovun verdiyi məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır. İlkin versiya olaraq qəzaya səbəb kimi ehtiyatsızlıq göstərilir.
Faktla bağlı araşdırma aparılır.