Nazir: "Türkiyə peşmərgələrin Kobaniyə keçməsinə yardım edir"

"Peşmərgələrin Kobaniyə keçməsinə kömək edirik. Bu mövzuda danışıqlar gedir".

 

APA TV-nin xəbərinə görə, bunu Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu  tunisli həmkarı ilə görüşdə bildirib. Çavuşoğlu Türkiyənin Kobani xalqına sərhədləri açdığını və gələn qaçqınları bağrına basdığını söyləyib. Hazırda Türkiyədə 200 minə qədər Kobanili kürdün olduğunu vurğulayan nazir ölkəsinin  Kobaninin tutulmamağı üçün hər şeyi etdiyini qeyd edib. Çavuşoğlu Kobanidə 7-8 qrupun PYD ilə birgə ortaq mərkəzdən mübarizə apardığını bildirib. Türkiyəli nazir həmçinin PYD-nin Suriyaya yönəlik məqsədi İŞİD-dən fərqlənmir: "Təbii ki, diqqət olunması lazım olan detaylar var".

 

Çavuşoğlu Əsəd rejiminə qarşı vuruşan qruplar arasında əsas dəstəklənməsi lazım olan qrupun Azad Suriya Ordusu olduğunu qeyd edib.

 

Bu arada ABŞ Mərkəzi Qüvvələr Komandanlığı Kobanidə İŞİD-lə mübarizə aparan kürd qruplara ilk dəfə havadan silah-sursat və tibbi yardım etdiyini açıqlayıb. Yardımın davam etdiriləcəyi bildirilir. Kürdlər yardımın çatdırılması barədə xəbəri təsdiqləyiblər. Türkiyə Xarici İşlər nazirliyi isə Kobaniyə yardımın Türkiyənin hava sahəsindən istifadə edilmədən göndərildiyini açıqlayıb.

 

ABŞ-ın yüksək çinli siyasətçilərindən biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yardımdan xəbərdar olduğunu bildirib. "Türkiyənin kürd qruplarla bağlı qayğılarını anlayırıq. Anca, İŞİD ortaq düşməndir və ona qarşı təcili hərəkətə keçməliyik" - deyə həmin siyasətçi bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv