Bakıda Beynəlxaq Kulinariya günü qeyd olunub

Oktyabrın 20-si Beynəlxaq Kulinariya günüdür. APA TV-nin xəbərinə görə, bu münasibətlə Bakıda Milli Kulinariya Mərkəzi tədbir keçirib. Mərkəzin baş direktoru Tahir Əmiraslanov bildirib ki, son 1 ildə Azərbaycan Milli Kulinariya komandası 3 beynəlxalq elmi konfransda və 7 beynəlxalq çempionatda iştirak edib. Bu çempionatlardan Azərbaycana 15 qızıl, 10 gümüş, 15 bürünc medal, 3 kubok və onlarla diplom gətirilib: "Biz hər il bu bayramda birinci növbədə hesabat veririk".

 

Tədbirdə Milli Kulinariya Assosiasiyası adından uğur qazanmış aşbazlar və milli mətbəxin fəal təbliğ edən bir sıra qurumları diplomlarla təltif edilib.

 

Daha sonra isə xarici və yerli mətbəxdən hazırlanmış salatlar və yeməklər nümayiş etdirilib.

 

Gələn ildən Milli Kulinariya Assosiasiyası milli mətbəxləri özündə daha qabarıq əks etdirən, milli ənənələri qoruyan, öz adları ilə uyğunluq təşkil edən ən yaxşı restoranlara milli etnik restoran adlarının verilməsi prosesinə başlayacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova