ASAN-dan yenilik: uşaqlara hüquqi yardım ediləcək

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi öz xidmət mərkəzilərində Uşaq Hüquqi Yardım otaqları açacaq. APA TV-nin xəbərinə görə, artıq bu xidmət 4 saylı Bakı "ASAN xidmət" mərkəzində pilot olaraq yaradılıb: "Bu mərkəzin açılması sırf uşaqların müdafiəsi ilə bağlı bir layihədir. Bu da onu göstərir ki. Azərbaycan bütün hüquqların qorunmasında əhəmiyyətlidir və ölkəmiz üçün proitetdir".

 

Layihə UNİCEF-in Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Hüquqşünasları Konfederasiyasının birgə təşəbbüsü ilə təşkil olunub. "Bu iş Uşaq Hüquqları Konvensiyasının 25 illiyidir. "ASAN xidmət" mərkəzlərində belə bir xidmətin fəaliyyət göstərməsinin də bu ilə təsadüf etməsi sevindiricidir. Mən özüm qonşu Gürcüstandanam. Amma bizdə belə bir mərkəz fəaliyyət göstərmir".

 

Uşaq Hüquqi Yardım otaqlarının yaxın müddətdə bütün "ASAN xidmət" mərkəzlərində təşkil olunması nəzərdə tutulub. Bu təşəbbüs çərçivəsində mərkəzlərin hər birinə ixtisaslaşmış uşaq hüquqları mütəxəssisi cəlb olunacaq.

 

Hüquqşünas Nazir Quliyev deyib ki, hər birimizin uşaqların hüquqlarını qorumalıyıq, həm də onların hüquqlarını onlara izah etməliyik. Bu cür mərkəzlərin yaradılması çox önəmlidir. Maddi vəziyyətindən aslı olmayaraq hər bir şəxs bura müraciət edə bilər.

 

 

Xidmətlər pulsuz olaraq göstəriləcək. Uşaq Hüquqşünasları Konvensiyasına uyğun olaraq, uşaq hesab olunan hər kəs bu hüquqdan istifadə edə biləcək.

 

Müəllif | Apa.Tv