Göyçayda 10-cu sinif şagirdi atasının maşını ilə öz müəllimini vurub
Göyçayda 10-cu sinif şagirdi atasının maşını ilə öz müəllimini vurub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləkçıplaq kənd 1 saylı orta məktəbin qarşısında baş verib. Məktəbin 10-cu sinif şagirdi, Yalman kənd sakini Əzizov Ağa Usub oğlu atasına məxsus “VAZ 2104” markalı minik maşınını evdən xəbərsiz qaçıraraq yolda qəza törədib. Şagird yolu keçən piyadanı-Ləkçıplaq kənd 1 saylı orta məktəbin bədən tərbiyəsi müəllimi Ömərov Məhəmməd Habil oğlunu vurub. Hadisə şahidlərinin sözlərinə görə, maşın piyadanın üstündən keçib. Müəllim ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.