Biləcəridə qəza: sürücü və sərnişini xəsarət aldı

Bakı-Quba yolunun 9-cu km-də yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Nadir Əzizov "VAZ 2108" markalı avtomobili ilə Siyəzənə gedərkən Biləcəri qəsəbəsi ərazisində qəzaya uğrayıb. Qəza zamanı sürücü və yanında olan iş yoldaşı xəsarət alıb. Nadir Əzizovun sözlərinə görə, qəzaya "Ikarus" markalı avtobus səbəb olub.

 

Yaralılara hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yardım edəndən sonra onlar ambulator müalicəyə buraxılıblar. Qəza baş verən ərazidə olan yol polis əməkdaşları hadisənin baş vermə səbələrini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin ediblər. Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv