Gəncədə naməlum şəxs 34 yaşlı kişini bıçaqlayıb
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA TV-yə verilən məlumatına görə, şəhər sakini, 34 yaşlı Rəşad Mirzəyev qarın və döş qəfəsi nayihəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən Rəşad Mirzəyev reanimasiya şöbəsinə köçürülüb. Xəstəxandan bildirilib ki, yaralının vəziyyəti orta-ağır olaraq qalır.
Kəpəz Rayon Polis İdarəsindən verilən məlumata görə, R. Mirzəyevin kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələlik məlum deyil. Hazırda cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanılıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayyət işi açılıb, araşdırma aparılır.