Gəncədə toydan qayıdan qohumlar qəzaya düşdü: 1 ölü, 2 yaralı

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, qəza Bayraq meydanının yaxınlığında qeydə alınıb. Göygöl rayon sakini, 26 yaşlı Emil Ələsgərovun idarə etdiyi “Niva” markalı avtomobillə, 22 yaşlı Reyhun Məmmədovun idarə etdiyi “VAZ 2107” ilə toqquşub.

 

Qəza nəticəsində “Niva”nın sürücüsü Emil Məmmədov, onun anası Həqiqət Ələsgərova və qohumları Nahidə Hüseynova yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Nahidə Hüseynova aldığı xəsarətlərdən xəstəxanada keçinib. Məlumata görə, “Niva”-da olanlar toydan gəlirmişlər.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli