Bakıda yanacaq daşıyan qatarın 3 vaqonu relsdən çıxıb

Bakının Nizami rayonunda qatar qəzası baş verib. APA TV-nin xəbərinə görə, Keşlə qəsəbəsində yanacaq məhsulları ilə dolu təxminən 3 vaqon relsdən çıxıb. Vaqonların aşma təhlükəsi yaranıb. Vaqonların relsdən çıxdığı ərazi Keşlə qəsəbəsində yaşayış evlərin bir yaxınlığında yerləşir. Bu səbəbdən də vaqonların həmin evlərə ziyan vurma təhlükəsi yaranıb.

 

"Azərbaycan dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri hadisəyə cəlb olunub. Vaqonların qəzaya düşdüyü yerdə araşdırma aparılıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq. Qəzanın nəticələrinin aradan qaldırmaq istiqamətində işlər davam etdirilir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova