Bakıda QHT rəhbərinin maşını yandı

Bakının Səbail rayonunda maşın yanıb. APA TV-nin məlumatına görə ,  hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb. "Lexus" markalı, 10- UA-350  dövlət nömrə nişanlı maşın qəfildən alovlanıb. Xoşbəxtlikdən maşında olan  2 nəfər xəsarət almayıb. Maşının sürücüsü Mahirə Əmirhüseynovanın sözlərinə görə, avtomobildə nasazlıq hiss edən kimi ətrafdakıların təkidindən sonra maşını tərk edib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda lokallaşdırılıb. İlkin ehtimala görə, yanğına maşının mühərrik hissəsində baş verən qısaqapanma səbəb olub.

 

Qeyd edək ki, zərərçəkən Mahirə Əmirhüseynova “XXI Əsrin Qadınları” İctimai Birliyin rəhbəridir. Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv