Azərbaycanda daha bir ana və körpə doğuş zamanı ölüb

Azərbaycanda daha bir ana və uşaq ölümü qeydə alınıb. APA TV-nin məlumatına görə, hadisə Mingəçevir şəhərində yerləşən Doğum evində  qeydə alınıb. 1984-cü il təvəllüdlü Qasımova Svetlana Adil qızı ikinci uşağını dünyaya gətirmək üçün xəstəxanaya yerləşdirilib. Ancaq uşaq doğulandan sonra ananın vəziyyəti qəflətən pisləşib. Çəkisi 4.1 kiloqram olan körpə doğuşdan bir neçə dəqiqə sonra ölüb.

 

"Uşaq ağır asfeksiya ilə doğulub. Doğulandan 4 dəqiqə sonra isə ölüb. Ananın vəziyyəti kəskin pisləşib, hərarəti yüksəlib. Ümumi halsızlıq baş verib. Zahanı xilas edə bilmədik. Mütəxəssis kimi deyə bilərik ki, onda  dölyanı mayenin embaliyası olmuşdu".

 

Qeyd olunub ki, belə hadisələrə nadir hallarda rast gəlinsə də, 70-90 faizi ölümlə nəticələnir.

 

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov