İŞİD terrorçusu özünü partlatdı: 20 ölü, 45 yaralı
Mosul su anbarı yaxınlığında İŞİD terrorçusu özünü partladıb. Bomba yüklü su tankeri nəzarət nöqtəsində partlayıb. Hücum peşmərgənin tərkibində olan Zerevani qrupuna qarşı təşkil olunub. Nəticədə qrup komandirinin köməkçisi briqada generalı Səfər Herki ilə birgə 20 peşmərgə ölüb. Terrorçu kamikadzenin də öldüyü bildirilir. 45 peşmərgə isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hücumda ölən 3 peşmərgənin Türkiyə vətəndaşı olduğu bildirilir.
Başqa tərəfdən Amerikanın PYD-yə havadan silah və tibbi yardım etməsindən sonra Kobanidə İŞİD-lə PYD arasında atışmalar yenidən sürətlənib. Kobaninin şərq girişində havaya dumanın yüksəldiyi bildirilir.