Bakıda 330 min manatlıq dələduzluq
Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Xəzər rayon sakini Bəşir İsmayılovu saxlayıb. APA TV xəbər verir ki, istintaqın məlumatına görə, Bəşir İsmayılov Elçin Cəbrayıllıdan 66 min manat alaraq, onu akademiyalardan birinə işə düzəldəcəyini vəd edib. Lakin şübhəli Elçin Cəbrayıllını aldadıb.
Saxlanılan şəxs ətrafında aparılan araşdırma zamanı müəyyən edilib ki, o, bundan başqa, Nadir Əliyevdən 200 min dollar, Vüqar Abbasovdan 2400 manat, Bəhram Şahverdiyevdən 50 min manat, Azad Hüseynovdan 4 min manat, Əmrah Kərimovdan isə 8900 manat alıb. Bəşir İsmayılov həmin şəxsləri dövlət idarələrində yüksək vəzifələrə düzəldəcəyi vədi ilə aldadıb. Onun mənimsədiyi pulların ümumi məbləği 331 min 300 manatdır.
Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.