Bakıda qarşısına piyada çıxan avtomobil qəza törədib
Bakının Binəqədi rayonunda avtomobilin idarəetməsini itirən sürücü yol qəzası törədib. APA TV-nin məlumatına görə, hadisə Ramiz Məmmədov küçəsində baş verib. Kamran Mehdiyev şəhər istiqamətində hərəkətdə olarkən qəfildən qarşısına piyada çıxıb. Piyadanı vurmamaq üçün avtomobili sağ tərəfə döndərən sürücü maşını yeni tikilən körpünün dirəyinə çırpıb. Qəza zamanı sürücü Kamran Mehdiyev və avtomobildə olan 2 sərnişin xəsarət alıb. Yaralılara ilk yardımı hadisə şahidləri göstəriblər.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti qənaətbəxşdir.
Yanğın təhlükəsi yarandığından hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Faktla bağlı araşdırma aparılır.