"Toyota Land Cruiser" dirəyə çırpıldı, sürücü öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Müzəffər Nərimanov küçəsində baş verib. "Toyota Land Cruiser" markalı  avtomobilin dairəyə çırpılması nəticəsində sürücü hadisə yerində ölüb.

 

İlkin məlumata görə, "Toyota Land Cruiser" markalı avtomobil "Şəfa" stadionunun yaxınlığında yeni istifadəyə verilən tunellə hərəkət edib və sürətlə Müzəffər Nərimanov küçəsinə çıxıb. Sürücü, 51 yaşlı Sabir Məmmədov qaranlıq yolda dairəni görməyib və maşının beton dairəyə çırpıb. Hadisə şahidləri maşının döşəməsinə düşən sürücünün meyitini çıxarıblar.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv