Qubada 16 yaşlı oğlan bıçaqlanıb
Qubada 16 yaşlı oğlan bıçaqlanıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, kənd sakini 1998-ci il təvəllüdlü Saxalov Abbas Hamza oğlu bıçaqlanıb. O, Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Tibb müəssisəsinin şöbə müdiri Gəray Qurbanovun verdiyi məlumata görə, yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Abbas Saxalovun müvafiq tibbi yardım edilib, həyatı üçün təhlükə yoxdur. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.
Faktla bağlı Quba rayon Polis Şöbəsindən əlavə məlumat verilməyib.