Akif Əlizadə: "AMEA tabeliyindəki insitutlara maliyyə ayırmayacaq"

"AMEA-da islahatlar davam edir. Bundan sonra AMEA tabeliyində olan  insitutlara maliyyə ayırmayacaq".

Bunu APA TV-yə AMEA-nın prezidenti Akif Əlizadə deyib. Qurum rəsmisi bildirib ki, gənclərin elmi-tədqiqat proqramları ilə bağlı müsabiqələrə cəlb olunması nəzərdə tutulub. Bu proqramlar gənclərin sosil-maddi rifanın yüksəlməsinə müsbət təsir göstərəcək. Gənc alimlərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində atılacaq digər addımlara gəlincə, Akif Əlizadə bildirb ki, onların yeni mənzillərlə təminatı, istirahətlərinin səmərəli təşkili diqqət mərkəzindədir.

 

"Xatırlayırsızsa , incəsənət xadimləri üçün " ART-CİTU" ayrılmışdı. O şəhərçik məhz incəsənət xadimlərinin istifadəsinə verildi. Bizdə məhz bu istiqamətdə Azərbaycan prezidentinə müraciət etmişik ki, Elmlər Akademiyasının üzvləri, gənc alimlər üçün "SCİENCE CİTU" elm şəhərciyinin yaradılması təmin edilsin. Burda da əsas üstünlük gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldiləcək. Bu isə 30 -50 yaş qurupunu əhatə edəcək elm adamlarının həyat şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır".

 

AMEA-nın tərkibində magistratura yaradılması  probleminin artıq həll olunduğunu deyən qurum prezidenti artıq ixtisasların ayrıldığını söyləyib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı