Zaqatalada yaşayış evi yanıb

Zaqatalada fərdi yaşayış evində yanğın olub. APA TV-nin  məlumatına görə, yanğın rayonun Muxax kəndində, Rüstəm Şərif oğlu İsayevə məxsus, ümumi sahəsi 170 kv/m olan kürsülü  birmərtəbəli 5 otaqlı  fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək otaqlara keçməsinin qarşısı alınıb.  Yanğın nəticəsində evin  çardağının  60 kv/m-lik səhəsinin  yanar konstruksiyası  və  mətbəxin tavan hissəsinin 15kv/m sahəsi yanaraq yararsız hala düşüb. Yanğın baş verən zaman ev sahiblərindən heç kəs evdə olmayıb. İlkin olaraq yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma  göstərilir.

 

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov