Qubada "Alma bayramı" keçirilib
Qubada sayca 3-cü “Alma bayramı” keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə milli adət-ənənələrimizi əks etdirən sərgi nümayiş etdirilib. İştirakçılara almadan hazırlanan müxtəlif şirniyyatlar, kokteyl və içkilər təqdim olunub.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan bayram tədbirində rayon rəsmiləri, ziyalılar, millət vəkilləri, nazirliklərin nümyəndələri və rayon sakinləri iştirak edib.
Tədbirdə adı dillər əzbəri olan Quba xalçaları, müxtəlif xalqların milli mətbəxlərindən olan yemək nümunələri, meyvələrdən hazırlanan maraqlı kompizisiyalar nümayiş olunub.
"Alma bayramı" tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.