Bakıda tələbə qızın başını bacısı kəsib - DƏHŞƏTLİ QƏTLİN ÜSTÜ AÇILDI
Bakıda törədilən dəhşətli qətlin üstü açılıb. Xətai Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar zamanı Xudu Məmmədov küçəsi-18 ünvanında yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirildiyi müəyyən edilib.
Hadisəni törədən P. Nuriyeva saxlanılıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, oktyabrın 22-də Xudu Məmmədov küçəsi-18 ünvanında yaşayan 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi kolleclərindən birin in birinin ikinci kursunun tələbəsi olub.