Qubada ağır qəza: 2 yaralı var
Gecə saatlarında Quba-Xaçmaz yolunun 11-ci km-də, magistral yolun Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Quba rayon sakini, 1986-cı il təvəllüdlü Rüstəm Qasımzadənin idarə etdiyi 40 BK 462 dövlət nömrə-nişanlı, “VAZ 21 06” markalı nəqliyyat vasitəsi qarşıdan gələn Quba rayon sakini, 1965-ci il təvəllüdlü Elçin Məmmədovun idarə etdiyi 10 KS 387 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq, Quba Mərkəzi rayon Xəstəxanasına aparılıb. Tibb müəssisəsindən APA TV-yə verilən məlumata görə, yaralılardan Rüstəm Qasımzadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır olan digər sürücü Elçin Məmmədov isə cərrahiyyə şöbəsində müalicə alır. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.