Sərxoş sürücülər, hüququ olmadan avtomobil sürənlər - REYD
Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi reyd keçirib. Reyd zamanı müəyyən olunub ki, sürücülük hüququ olmadan maşın sürən, sərxoş vəziyyətdə sükan arxasına keçən sürücülər var.
Ağdam RPŞ DYP-nin rəisi Vasif Məmmədov deyib ki, əsas məqsəd sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlərin, sərxoş sürücülərin, ötmə manevr qaydasını pozanların, yol-nəqliyyat hadisəsinə səbəb olacaq kobud qayda pozuntularının qarşısını almaqdır.
APA TV-nin xəbərinə görə, reyd zamanı maarifləndirmə işi də aparılıb.