“Baksol” yolunda piyada avtobusun təkəri altında qaldı - REAL GÖRÜNTÜ
Paytaxtda ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə səhər saat 11.00 radələrində Ziya Bünyadov prospektindən Baksol istiqamətinə gedən yolda qeydə alınıb. Şəxsiyyəti məlum olmayan və təxminən 45-50 yaşlı kişi yolun əks istiqamətində hərəkət edən “Daewoo” markalı “10-TG-011” dövlət nömrə nişanlı sərnişin avtobusu tərəfindən vurulub. 82 nömrəli marşrutda işləyən avtobusun təkəri altında qalan piyada hadisə yerində keçinib.
Hadisə yerinə gələn xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları və tikinti işlərində istifadə olunan traktorun köməyi ilə piyadanın cəsədini avtobusun altından çıxarıblar.
Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları davam edir.