Elmar Məmmədyarov: "Almaniya mediasında dərc olunan yazılar sifarişlidir"
"Azərbaycanı tənqid edənlər düzgün hərəkət etmirlər, Almaniya mediasında Azərbaycanla bağlı yazılar sifarişlidir".
APA TV-nin xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə keçirdiyi mətbuat konfransında deyib: "Bizim bu barədə məlumatımız da var. Bəzi qüvvələr bəzən Azərbaycanın necə inkişaf etməsinə ikili standartlarla yanaşır. Müxtəlif qüvvələr öz maraqlarını güdür. Bu o demək deyil ki, Azərbaycan öz yolunu dəyişəcək. Biz inanırıq ki, bu yolla davam edəcəyik və güclü ölkəyə çevriləcəyik".
Nazir Elmar Məmmədyarov Avropa Şurasının insan hüquqları baxımından önəmli institut olduğunu deyərək Azərbaycanın onun çərçivəsində müxtəlif proqramlara nail olduğunu bildirib.