Qusarda iki qardaş bıçaqlandı

Qusar rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, rayonun Qayakənd kəndində münaqişə zəmnində kənd sakini Xair Dərvişov həmkəndliləri 1984-cü il təvəllüdlü Qərib Qərivov və onun qardaşı, 1991-ci il təvəllüdlü Fazil Qəribova bıçaqla xəsarət yetirib. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi rayon xəstəxanasına yerləşdirən qardaşlardan Qərib Qəribovun xəsarətləri yüngül olduğundan ambulator müayinədən sonra evə buraxılıb. Digər qardaşın vəziyyəti ağır olduğu üçün o tibb müəssisəsinin reanimasya şöbəsinə yerləşdirilib.

 

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xair Dərvişov tutulub.

Müəllif | Apa.Tv
Vəli Turan