Xırdalanda 22 yaşlı oğlan anasını boğaraq qətlə yetirib

Abşeron rayonunda qətl törədilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

 

Həmin ünvanda yaşayan, 1992-ci il təvəllüdlü, Hümbət Elşən oğlu Nağızadə qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü, Fatimə Oruc qızı Qurbanovanı boğaraq öldürüb.

 

Hadisəni törədən H. Nağızadə saxlanılıb.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv