Türkiyə klublarından möhtəşəm qələbə - QOLLAR

Türkiyə klubları Avropa Liqasında qrup mərhələsinin ilk dövrəsini qələbə ilə başa vurub. APA TV-nin xəbərinə görə, əvvəlki hər iki oyunda meydandan 1:1 hesablı heç-heçə ilə ayrılan "Beşiktaş" üçüncü oyunda səfərdə "Neftçi"ni Avropa Liqasından kənarlaşdıran Belqrad "Partizan"ını darmadağın edib.  Qarşılaşma Türkiyə klubunun 0:4 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunda hesabı 18-ci dəqiqədə Vəli təxminən 35 metr məsafədən möhtəşəm qolla açıb.

 

İlk hissədə son nöqtəni Demba Ba qoyub. O, 45-ci dəqiqədə "Beşiktaş"ın üstünlüyünü iki topa çatdırıb.

 

"Beşiktaş" ikinci hissəyə də üstün başlayıb. 52-ci dəqiqədə Oğuzxan daha bir qol vurub.

 

Cəmi 2 dəqiqə sonra "Beşiktaş" "Partizan"ı yenidən oyuna mərkəzdən başlamağa məcbur edib. Demba Banın ötürməsindən sonra Gökhan Törə topa sol ayağı ilə zərbə endirib və hesabı darmadağına çatdıran qolu vurub.

 

Türkiyənin Avropa Liqasındakı digər təmsilçisi "Trabzonspor" isə öz meydanında Belçikanın "Lokeren" komandasını 2:0 hesanı ilə məğlub edib.

 

Baş məşqçi Vahid Halilhodziçin cəza üzündən tribunadan izlədiyi oyunda yetirmələri qarşılaşmaya sürətli başlayıblar. Amma ilk hissədə qapılara qol vurulmayıb. "Trabzonspor" gözlənilən qolu 54-cü dəqiqədə vurdu. Mustafa Yatabare baç zıərbəsi ilə hesabı açıb.

 

86-cı dəqiqədə Trabzon təmsilşisi növbəti dəfə fərqlənib. Bu dəfə topu qapıya Konstant göndərib. Oyun bu hüsabla başa çatıb və "Tranzonspor" xal sayını 6-ya çatdırıb. 

Müəllif | Apa.Tv
Apa.tv