Ermənilər atəşkəsi pozmaqda davam edirlər

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub. Müdafiə Nazirliyiin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, erməni silahlı bölmələri Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. 

Düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv