Pirallahıda zəlzələ baş verərəsə - TƏLİM

Pirallahı rayonu 168 saylı orta məktəbdə bu "zəlzələ" səhnələşdirilib. Amma hadisə gerçək olsa şagirdlər nə etməli olduqlarını bilirlərmi? APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin paytaxt məktəblərində "Fövqaladə hallarda özünü necə aparmalı?" mövzusunda keçirdiyi təlimin məqsədi də budur. Belə hal baş verdikdə insanların davranışı, ilkin tibbi yardımın göstərilməsi, partlayıcı qurğuların aşkar edilməsi və digər proseslər nəzəri və praktiki olaraq nümayiş olunub. Tədbirdə Bakı Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, ümumilikdə 7 qurum iştirak edib. Nəzəri hissədə Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə fövqəladə hallar, onların təsnifatı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa civə dağıldıqda təhlükəsizliyin təmin edilməsi  ilə bağlı məlumat verilib. Nazirliyin qurumlarının xilasetmə texnika və avadanlıqlarının nümayiş etdirildiyi praktiki hissə zamanı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alətlər,  riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan avadanlıq nümayiş olunub. Tədbirdə məktəbli çantalarına qoyulması simulyasiya edilmiş partlayıcı qurğu xidmətin Kinoloji İdaərsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılması və zərərsizləşdirilməsi ilə başa çatıb.

 

Müəllif | Apa.Tv