Bakıda iki gənc 22 yaşlı oğlanı amansızlıqla öldürüb
Bakıda qətl törədilib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Maştağa qəsəbəsində, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb.
Bakı şəhər sakinləri, 1996-cı il təvəllüdlü Asim Etibar oğlu Bünyatov və 1994-cü il təvəllüdlü Yarəli Ağadadaş oğlu Dadaşov aralarında yaranan münaqişə zəminində 1992-ci il təvəllüdlü Röyal Müzəffər oğlu Nəcəfova çoxsaylı bıçaq zərbələri yetirərək qətlə yetiriblər.
Hadisəni törədən şəxslər tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.