Əli Həsənov: “Beynəlxalq təşkilatların biganəliyi özünü göstərir”
"Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq erməni girovluğundakı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı bütün beynəlxalq təşkilatlara,o cümlədən BMT-nin baş katibinə, Avropa Şurasının və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, insan hüquqları komissiyalarının sədrlərinə rəsmi müraciət göndərmişik”.
APA TV-nin xəbərinə görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Əli Həsənov qeyd edib ki, əsrlərlə bağlı müraciətdən bir həftə keçsə də, heç bir reaksiya yoxdur. Bu, bir daha onu göstərir ki, beynəlxalq təşkilatların fəaliyyətlərində müxtəlif yanaşmaları, onların ayrı-ayrı xalqlar, dövlətlər və millətlər haqqında ssenariləri var:n “Çox təəssüf ki, beynəlxalq təşkilatların bizə qarşı biganəliyi bu məsələdə də özünü göstərir. Məlumat var ki, ermənilər girovluqdakı soydaşlarımızla bağlı oktyabrın 27-də qondarma məhkəmə prosesini başlatmaq istəyirlər. Bu da ermənilərin növbəti fitnəkarlığı, hiyləsi və qeyri-insani yanaşmasıdır”.