Tovuzda 57 yaşlı qadın at arabasından yıxılaraq ölüb

Tovuzda 57 yaşlı qadın arabadan yıxılaraq ölüb. Tovuz rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Xatınlı kəndi ərazisində, Kür çayına gedən yolda qeydə alınıb.

Bədbəxt hadisə Xatınlı kənd sakini, 1979-cu il təvəllüdlü İlham Əhmədov at arabası ilə Qaraxanlı kənd sakini, 1957-ci il təvəllüdlü Zöhrə Niftəliyevanı qonşuluqda olan fermaya aparan zaman baş verib. Qadın arabadan düşmək istəyərkən yıxılıb və arabanın təkərinin altında qalaraq ölüb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. 

Müəllif | Apa.Tv
Azər Məmmədli