Muğan Babazanlı abidələrinin 2800 illiyi ilə bağlı şənlik keçirilib

Salyan rayonunda Muğan Babazanlı abidələrinin 2800 illiyi ilə əlaqədar böyük yubiley şənliyi keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları, ətraf rayonların icra hakimiyyəti başçıları, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri, mədəniyyət və turizm nazirliyinin rəsmiləri, milli elmlər akademiyasının arxeologiya institutunun əməkdaşları, şəhər ictimaiyyəti və incəsənət xadimləri iştirak ediblər.

Yubiley şənliyində müxtəlif pavilyonlarda Azərbaycan tarixini əks etdirən eksponatlar, milli-mənəvi mədəniyyəti əks etdirən teatrlaşdırılmış səhnələr yer alıb. Həmçinin milli kulinariyadan nümunələr təqdim edilib. Tədbirdə qədim dövrləri imitasiya etməklə ticarət meydanlarını əks etdirən guşələr,  bazar meydanları, ovçuluq, dulusçuluq, xalçaçılıq və sair bu kimi sənətkarlıq nümunələrinin hazırlandığı çoxsaylı fraqment də yer alıb. Respublikanın müxtəlif bölgələrindən gələn məşhur incəsənət kollektivlərinin, rəqs qruplarının, folklor ansambllarının konsert proqramlarından sonra yubiley şənliyi atəşfəşanlıqla başa çatıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı