Mərdəkan yolunda idarəetməni itirən sürücü ölümdən döndü

Gecə saatlarında Xəzər rayonu Mərdəkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza Mərdəkan-Buzovna yolundakı yol ayrıcında qeydə alınıb. Hələlik kimliyi məlum olmayan "Toyota" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Avtomobil yol ayrıcındakı  dəmir qoruyuculara çırpılıb. Xoşbəxtlikdən ölən olmasa da, avtomobil yararsız vəziyyətə düşüb. Sürücü isə taksiyə minərək ərazidən uzaqlaşıb. Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Avtomobil evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv