“Hər şey qələbə üçün” adlı kitab-albomun təqdimatı keçirilib
Qusarda “Hər şey qələbə üçün” adlı kitab-albomun təqdimatı keçirilib. APA TV-nin məlumatına görə, tədbir Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsi və Qusar Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub. Tədbirdə hərbi vəzifəlilər, rayon icra hakimiyyətinin nümayəndələri və rayon ictimaiyyəti iştirak edib. Kitab Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenanr Arzu Rəhimovun rəhbərliyi altında hazırlanıb. Kitab-albom Heydər Əliyevin 91 illiyinə həsr olunub. Kitabda onun həyat və fəaliyyətindən, ordu quruculuğu sahəsində görüdüyü işlərdən və bu istiqamətdə apardığı siyasətdən bəhs olunub.Tədbirdə həmçinin yeni nəslin vətənpərvər ruhda böyüməsi üçün ailənin və cəmiyyətin rolundan danışılıb. Bu istiqamətdə atılan addımların, “Şahin”, “Cəsurlar” kimi hərbi-idman oyunlarının gələcək nəsildə Vətənə sevgi, sədaqət hissinin aşılanmasında böyük rolu olduğu vurğulanıb.