İranda qadın məhkum edam edilib
İranda 26 yaşlı qadın edam edilib. Qətldə günahlandırılan Reyhanə Cabbarinin edamı oktyabrın 1-ə təyin edilsə də, sonradan təxirə salınıb. Həmin vaxt təqsirləndirilən şəxs 10 günlük Tehranın qərbindəki başqa bir həbsxanaya göndərilib. O, burada ailə üzləri ilə görüşüb. Edamın təxirə salınmasına səbəb kimi beynəlxalq ictimayətin etirazı göstərilirdi. Hətta onun edam cəzasının ləğv ediləcəyi xəbəri də yayılmışdı.
Amma həmin qadın artıq edam olunub. APA TV-nin xəbərinə görə, onun hansı şəraitdə edam olunduğu açıqlanmır.
Reyhanə Cabbari keçmiş kəşfiyyat polisi və tibbi məhsullar ticarəti ilə məşğul olan Murtaza Sərbəndini öldürməkdə ittiham olunub. 2007-ci ildə tutulan Reyhanə Cabbari törətdiyi əməli etiraf edib. Qadın ifadəsində bildirib ki, Sərbəndini onu zorlamağa cəhd etdiyinə görə öldürüb. Onun sözlərinə görə, təqsirləndirilən şəxs yeni açmaq istədiyi ofisdə qadına təcavüz etmək istəyib.