Bu gece saatlar geri çəkiləcək
Azərbaycanda yay vaxtı sona çatır. APA TV xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 26 oktyabr 2014-cü il tarixində saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkiləcək və beləliklə də yay vaxtı ləğv ediləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.