Ukrayna susdu: Rəsmi Kiyev "sükut günü" elan edib


Oktyabrın 26-sı Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək. Dünən oktyabrın 24-də təbliğat-təşviqat kampaniyasına son verilib. APA TV-nin məlumatına görə, seçkilərdə iştirak edəcək 29 partiyadan, həmçinin əyalətlərdəki bir mandatlı seçki dairələrində deputatlığa namizədliyini verən şəxslər son müraciətlərini ediblər. Bu gün isə ölkə ərazisində "sükut günü" elan edilib. Bununla əlaqədar bütün reklamlara, bilbordlara, bannerlərə, vərəqələrin yayılmasına qadağa qoyulub. Bundan əlavə namizədlərlə bağlı ictimaiyyətdən alınan sorğuların keçirilməsi də qanuna zidd sayılır. Bu arada seçkilərin Ukraynanın şərq bölgələrində - Donetsk və Luqanskın bəzi ərazilərində baş tutmayacağı dəqiqdir. Buna səbəb həmin ərazilərdə seçki bülletenlərinin paylanılmamasıdır. Bu barədə MSK-nın saytında məlumat verilib. Seçkilər 2012-ci ildəki kimi qarışıq sistem üzrə - proporsional və mojaritar qaydada keçiriləcək.


 

Müəllif | Apa.Tv
Apa.tv