İnsan hüquqlarına dair beynəxalq konfrans başa çatıb

"İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans başa çatıb. APA TV-nin xəbərinə görə, bağlanış mərasimində çıxış edən Avropa İnsan haqları Məhkəməsinin azərbaycanlı hakimi Xanlar Haciyev bildirib ki, dövlət inkişaf etdikcə məhkəmə sistemi də inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan cavan ölkədir və o, ölkəmizdə hüququn tətbiqində mütləq böyük irəliləyişlərin olacağına inanır.

 

Daha sonra çıxış edən Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev isə hüququn aliliyini təsdiq etməyin hakimlərin əlində olduğunu bildirib. Onun sözlərinə görə, hakimlərin layiqli fəaliyyəti olmadan insan hüquqları sistemi tam bərpa olunmayacaq və məhkəmə sistemi pozulacaq.

 

O, tədbir iştirakçılarına onları Bakıda bir daha görməyi arzuladığını bildirib. 

 

Müəllif | Apa.Tv