Qusarda 54 yaşlı qadın yük maşınının altında qalaraq ölüb
Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Azadlıq küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində qeydə alınıb. 24 yaşlı Ruslan Aslan oğlu Xasıyev idarə etdiyi yük maşını ilə yolu keçmək istəyən 54 yaşlı Rübabə Bəkir qızı Pirmətovanı vurub. Qadın yük maşınının altında qalaraq ölüb.
Ölən qadın Qusar Yaşıllaşdırma İdarəsinin əməkdaşı olub.
Faktla bağlı Qusar rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.