Xaçmazda dəm qazından zəhərlənən 11 yaşlı oğlan xilas edilib

Xaçmaz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhəri Fətəli Xan Xoyski küçəsində yaşayan 2003-cü il təvəllüdlü Məmmədov Famil Sədrəddin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib. E. Məmmədov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hazırda uşağın vəziyyəti həkimlərin müdaxiləsindən sonra stabilləşib, həyatı üçün təhlükə yoxdur.

Müəllif | Apa.Tv
Vəli Turan