Qazax sakinləri biri-birini bıçaqladı, 37 yaşlı kişi öldü


Qazaxda qətl hadisəsi baş verib. APA TV-nin  qərb bürosunun məlumatına görə, Qazax rayon sakini, 1974-cü il təvəllüdlü Süleyman Möhtərəmov, 1977-ci il təvəllüdlü Ramin Qurbanovla mübahisə edib və onlar bir-birini bıçaqlayıblar.

Ramin  Qurbanov Qazax Rayon Diaqnostika Mərkəzinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Süleyman Möhtərəmov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv
Apa.tv