Qazax sakini su kanalında boğulub

Qazaxda bədbəxt hadisə baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə Qazax rayonun Ağköynək kənd sakini 25 yaşlı Qabil Ocaqverdiyev yaşadığı evin yaxınlığından keçən su kanalına düşərək boğulub. Mərhumun anasının sözlərinə görə, fiziki qüsurlu Qabilin meyiti Ağstafaçay su anbarının suvarma məqsədi ilə ayrılan kanalından çıxarılıb. Məlumata görə Q. Ocaqverdiyev su kanalının yaxınlığına gələrkən onda qıcolma halı baş verib, müvazinətini itirən gənc suya düşərək ölüb.

Müəllif | Apa.Tv
Azər Məmmədli