Babək prospektində yararsız yol qəzaya səbəb oldu
Babək prospektində yolun yararsız olması qəzaya səbəb olub. APA TV-nin məlumatına görə, Fərzalı Rəhimov idarə etdiyi "Mercedes" markalı maşınla "8-ci kilometr" qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolun qazıntı aparılan hissəsini görməyib. Nəticədə avtomobil idarəetmədən çıxıb və qəza baş verib. Qəza zamanı maşında olan sərnişinin sözlərinə görə, yolun bu hissəsində qazıntı işlərinin aparılması ilə bağlı heç bir xəbərdaredici nişan qoyulmayıb və qəzaya da bu səbəb olub.
Hadisə ilə bağli Nizami Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırmalara başlanılıb.