“Azneft” dairəsində ağır qəza! 21 yaşlı sərxoş sürücü “BMW”ni aşırdı!
Ötən gecə Bakının Neftçilər prospektində ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə "Azneft dairəsi" yaxınlığında qeydə alınıb. Neftçilər prospekti ilə "Azneft dairəsi" istiqamətində yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobil yolun əks hərəkət istiqamətinə çıxaraq əvvəlcə Dənizkənarı Milli Parkın yaxınlığında ağaca çırpılıb, daha sonra isə dairədə bir neçə dəfə aşıb.
Aşmış maşını düzəldən hadisə şahidləri yaralanmış sürücünü, 21 yaşlı Hüseyn İmanovu avtomobildən çıxarıblar. Sürücü təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, sürücü sərxoş olub.
Ərazidə yanğın təhlükəsi yarandığından hadisə yerinə FHN-in Döblət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası da cəlb edilib.
Faktla baglı Səbail Rayon Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.