Ağstafada “Hyundai” sürüyə girdi, 21 qoyun tələf oldu
Bakı-Qazax magistral yolunda avtomobil xeyli sayda qoyunu vurub öldürüb. APA TV-nin Qərb bürosunun məlumata görə, hadisə Ağstafa rayonun Qırlı kəndi ərazisində baş verib. Bakı şəhər sakini Nıftalıyev Yavər Mehdi oğluna məxsus “Hyundai” markalı avtomobil magistral yolla hərəkət edərkən Zaur Məsiyevə məxsus 41 baş qoyundan ibarət sürüyə girib. Hadisə nəticəsində 21 baş qoyun tələf olub. Sürünü yolun əks tərəfinə keçirmək istəyən Zaur Məsiyevin oğlu Bəxtiyar da xəsarət alıb.
Sakinlərin sözlərinə görə, sözügedən ərazidə belə hadisələr mütəmadi baş verir. Nəticədə vətəndaşlara məxsus iri və xırda buynuzlu heyvanlar tələf olur.